NBCBank-ın kapitallaşması üçdə bir artıb
"NBCBank" ASC-nin aktivləri 2013-cü ilin yanvar-iyununda 10,3% artaraq 94,92 mln manata çatıb. Verilən kredit həcmi 10% artaraq 76,86 mln manat olub.
Bankın ümumi öhdəlikləri 61,74 mln-dan 66,77 mln manata artıb. Depozit portfeli 13,1% genişlənərək 44,92 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 14,5% artaraq 42,54 mln manat olub.
Balans kapitalı 32,15 mln manata çatıb. Məcmu kapital 33,8% artaraq 30,88 mln manat, ödənilmiş nizamnamə fondu 35,9% artaraq 26,54 mln manat olub.
Bankın gəlirləri 7,25 mln manat, xərcləri 4,72 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 2,82 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:18
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz