İyunda kapitalı yetərli olmayan bank sayı dəyişməyib
Azərbaycanın 43 bankından ikisinin məcmu kapitalı 2013-cü ilin iyunu üçün minimal tələb olan 10 mln manatdan az olub.
Mərkəzi Bankın məlumatına görə, hesabat ayında iki bankın məcmu kapitalı 3,5-5 mln manat arasında olub. Onların sektorun kapitallaşmasında ümumi xüsusi çəkisi 0,3%-dir.
Ayın yekunu üçün ölkədə 3,5 mln manatdan az və 5-10 mln manat kapitallı bank olmayıb.
Məcmu kapitalı 10 mln manatdan çox olan bankların sayı iyunda 41 olaraq qalıb. Ümumi kapitalda onların payı 99,7% təşkil edib.
2007-ci ilin iyulundan bankların məcmu kapitalına minimal tələb 10 mln manatdır. AMB-nin ötən il qəbul etdiyi qərara əsasən, 1 yanvar 2014-cü ildən bu göstərici 50 mln manat olacaq..--15B--
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:28
-
- İqtisadiyyat
- 12 Avqust 2013 16:39
İqtisadiyyat
-
Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
-
Yüzlərlə yük maşını Qazaxıstanın Kurık limanında ilişərək Azərbaycana bərə ilə keçmək üçün bir neçə gün gözləyir, lada.kz portalı xəbər verir. Bu durğunluq bərələrin azlığı, əlverişsiz hava şəraiti və Rusiyaya qarşı sanksiyaların genişlənməsi səbəbindən marşrutların dəyişdirilməsi ilə əlaqədardır.
-
Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvləri son üç il ərzində Azərbaycanın iqtisadiyyatına 61,3 milyon manat sərmayə yatırıb. Bu barədə "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirli mətbuat konfransında bildirib.
-
Qlobal iqtisadiyyat davamlı problemlərlə üzləşdiyi bir vaxtda, Çin ilə Azərbaycan arasındakı ticarət azalma tendensiyalarını üstələyərək əhəmiyyətli artım nümayiş etdirib. Azərbaycanın rəsmi statistikasına əsasən, 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dollarına çatıb. Yalnız 2024-cü ilin ilk on ayında ticarət həcmi illik hesablamada 17,1% artaraq 3,02 milyard ABŞ dollarına yüksəlib və illik ticarət göstəricisinin rekord səviyyəyə çatacağı gözlənilir.
Rəy yaz