Expressbank növbəti paytaxt filialını açacaq
"Expressbank" ASC Bakıda əlavə filialın açılması üçün Azərbaycan Mərkəzi Bankının lisenziyasını alıb.
Mərkəzi Bankdan Turana verilən məlumata görə, «Memar Əcəmi» şöbəsi paytaxtın Nəsimi rayonunda, Məmmədcəfər Cəfərov 17, küçəsində fəaliyyət göstərəcək.
Hazırda Expressbank-ın 14 filialı və üç şöbəsi var, onlardan 8 ofis Bakıda yerləşir. --15B--
-
- Cəmiyyət
- 29 Mart 2013 12:07
-
- İqtisadiyyat
- 29 Mart 2013 12:25
İqtisadiyyat
-
Azərbaycan və Latviya işgüzar dairələrinin nümayəndələri Bakıdakı "Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü" çərçivəsində bir araya gəliblər. Tədbir, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə doğru atılan mühüm addım kimi qiymətləndirilir. Latviyanın Azərbaycandakı səfiri Edgars Skuya tədbirin hər iki ölkənin sahibkarlarını birləşdirmək, müxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədini daşıdığını vurğulayıb.
-
Noyabrın 7-də Azərbaycan Prezidenti Milli Məclis tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər haqqında qanunun mətni noyabrın 28-də dərc olunub.
-
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycana dair 2024-2025-ci illər üçün keçid hesabatını təqdim edib və ölkəni iqtisadi idarəetməni yaxşılaşdırmaq və özəl sektorun inkişafına təkan vermək üçün cəsarətli addımlar atmağa çağırıb. Hesabatda Azərbaycanın iqtisadi inkişafı üçün əsas prioritetlər müəyyən edilib və enerji bazarlarının dəyişkənliyinə olan asılılığından irəli gələn problemlər vurğulanıb.
-
2024–2025-ci illəri əhatə edən sonuncu Keçid Dövrü Hesabatında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsindəki səylərini yüksək qiymətləndirib. Bank qeyd edib ki, rəqəmsal şəbəkələrə yatırılan investisiyalar infrastrukturda əhəmiyyətli irəliləyişlərə səbəb olub, o cümlədən internetin sürəti son bir ildə üçdə bir nisbətində artıb.
Rəy yaz