Expressbank yeni bank sistemi tətbiq edib
"Expressbank" ASC “Temenos” şirkəti tərəfindən hazırlanmış avtomatlaşdırılmış bank sistemi T24-ün tədbiqinə başlayıb.
Bankdan verilən məlumata görə, layihə 2011-ci ilin iyun ayında başlayıb və 15 aydan az bir müddətdə tamamlanıb.
Yeni sistem ABS özündə ən qabaqcıl və mükəmməl quruluşa malik olan geniş və çevik funksional imkanlar cəmləşdirən universal platformadır. O, fərdi və korporativ xidmətlərdən kassa əməliyyatlarınadək bankın bütün məhsul xəttinin avtomatlaşdırılmasına imkan yaradır. Sistemin çevikliyi bankın bazarda bank məhsulları arasında baş verən dəyişikliklərə operativ reaksiya göstərməyə, yeni məhsulların yaranmasına, həmçinin müştərilərə daha keyfiyyətli və sürətli xidmət göstərməyə imkan yaradacaq, deyə məlumatda bildirilir.
T24 məhslu avtomatlaşdırılmış bank sistemlərinin beynəlxalq bazarında liderdir. Ondan Azərbaycan da daxil olmaqla dünyanın 120 ölkəsində 600-dən çox bankda istifadə olunur. –15D--
-
- Cəmiyyət
- 8 Oktyabr 2012 15:05
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz