Expressbankın ödəniş terminallarında elektrik enerjisi üzrə ödəmələr
Expressbank-ın ödəniş terminallarına “AzərEnerji” kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri əlavə olunub. Bu barədə bankın press-relizində bildirilir.
Hazırda ödəniş terminalları vasitəsilə Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Bakcell mobil operatoru, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, həmçinin Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri də etmək mümkündür.
«2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər, onlayn oyunlar və s. nəzərdə tutulur”, deyə məlumatda bildirilir.
Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olmaq mümkündür. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2014 14:27
-
- Mədəniyyət
- 14 Avqust 2014 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz