Fərdi şəxsi hesabların sayı artır
Vergi orqanları ilə əməkdaşlıq sayəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb (0,5% artım). Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 098 817 nəfərə yüksəlib, - deyə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilir ki, Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 831 564 nəfər) kişi, 40,9%-i (1 267 253 nəfər) isə qadındır.
Yaşa gəlincə, 30-40 yaş aralığında olan sığortaolunanlar 24,84% (769 703 nəfər) təşkil edir. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,59%-i (669 101 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,69 faizini (641 144 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15%-ni (655 449 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,73%-ni (363 420 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
2006-cı il yanvarın 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Hər bir icbari sosial sığorta ödəyənə fərdi hesab açılır və ayırmalar həmin hesaba yığılır. --17D—
-
- Siyasət
- 9 İyul 2015 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz