Fermerlərə 13,6% kredit ayrılıb
Bu ilin yanvar-oktyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə kənd təsərrüfatı müəssisələri və fermerlərə 18 mln 944 min manat güzəştli kredit ayrılıb.
Bu, 2015-ci ilin eyni dövründəkindən 13,6% çoxdur.
Dövlət Xidmətinin öz hesabına 179 kənd təsərrüfatı məhsulları istehsalçısına 9066.4 min manat həcmində güzəştli kredit ayrılıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 35% azdır.
Bundan başqa, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 47 sahibkara 9.878 min manat (+3,6 dəfə) kredit verilib..
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2007-ci ildən fəaliyyət göstərir. Onun sərəncamında 65 mln büdcə vəsaiti var. 2016-cı ildə Xidmət dövlət büdcəsindən 5 mln manat alıb. 08B
-
- Söz istəyirəm
- 16 Dekabr 2016 14:39
-
- İqtisadiyyat
- 16 Dekabr 2016 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz