Mərkəzi Bank depozit hərracında 50 mln manat cəlb etməyi planlaşdırır

Mərkəzi Bank dekabrın 19-da növbəti depozit hərracı keçirməyi planlaşdırır.

Turan-ın məlumatına görə, AMB 14 günlüyə 12,01%-14,99% orta ölçülmüş dərəcə ilə 50 mln manat cəlb etməyi planlaşdırır.

AMB 2016-cı ilin iyunundan  depozit hərracları keçirməyə başlayıb. Artıq 17 hərrac keçirilib.

Beynəlxalq təcrübədə depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. AMB depozit hərracları zamanı kommersiya banklarından depozit qəbul edir. 71D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti