FinansLizinqin istiqrazları yerləşdirilir
Bu gün Bakı Fond Birjasında FinansLizinq ASC-nin istiqrazlarının yerləşdirilməsinə (300 min manat və $300 min) başlanılıb.
BFB-nin məlumatına görə, birinci emissiya bir qiymətli kağızın nominal dəyəri 500 manat olan 600 ədəd istiqraza, ikinci emissiya bir qiymətli kağızın nominal dəyəri $500 olan 600 ədəd istiqraza bölünüb.
Anderrayter «Texnika Kapital Menecment» MMC-dir. Yerləşdirmə müddəti 1080 gün, gəlirlilik 14%-dir.
«FinansLizinq» ASC 2007-ci ildə yaradılıb. Səhmdarları 16 fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 4 İyun 2015 15:06
-
- İqtisadiyyat
- 4 İyun 2015 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz