Finca Azerbaijan-ın portfeli yanvar-apreldə 8,6% genişlənib
Bu ilin 4 ayında "Finca Azerbaijan" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli $13,78 mln və ya 8,6% artaraq $165,74 mln-a çatıb. Portfelin strukturunda mikrokreditlər 99,5% təşkil edib.
Aktivlər $12,06 mln və ya 7,2% artaraq $178,93 mln-a çatıb. Müştəri sayı 3,7% artaraq 141,86 min nəfərə çatıb.
Portfeldə problemli kreditlərin payı ilin əvvəli ilə müqayisədə 0,05 faiz bəndi azalaraq 0,14%, mikrokreditləşmədə 0,02% azalaraq 0,13% olub.
Fəaliyyəti müddətində şirkət у $709,69 mln, o cümlədən $707,178 mln mikrokredit verib.
"Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. "Finca Azerbaijan" 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 36-45,6%-dir. --15B--
-
- Siyasət
- 17 İyul 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz