Finca Azerbaijan portfelini dörddə bir genişləndirib
"Finca Azerbaijan" MMC qeyri-bank kreidt təşkilatının aktiv kredit portfeli bu ilin 9 ayında $37,92 mln və ya 25% artaraq $190,49 mln olub. Portfelin strukturunda mikrokreditlər 99,3%-dir.
Cəmiyyətin aktivləri $46,2 mln və ya 27,7% artaraq 1 oktyabr üçün $213,06 mln təşkil edib. Müştəri sayı 7,7% artaraq 147,53 min nəfər təşkil edib.
Problemli kreditlərin payı 0,01 f.b. artaraq 0,20%-ə, mikrokreditləşmədə 0,05 f.b. artaraq 0,20%-ə çatıb.
Fəaliyyəti dövründə təşkilat $818,94 mln kredit, o cümlədən $787,99 mln mikrokredit verib.
"Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. Təşkilat 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 21-36%-dir. --15B--
-
- İqtisadiyyat
- 15 Noyabr 2013 13:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz