"Fitch" Azərbaycan İpoteka Fondunun reytinqini təsdiq edib
"Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan İpoteka Fondu" (AİF) ASC-nin uzunmüddətli yerli və xarici valyutada emitentin defolt reytinqini "BB+", proqnozu isə "neqaıtiv" olaraq təsdiq edib.
Agentlik bildirir edir ki, AİF-in reytinqi Azərbaycanın suveren reytinqinə uyğunlaşdırılıb. Bununla yanaşı, "Fitch" təşkilatın dövlətlə sıx əlaqələrinin olduğunu, dövlət mənzil siyasətinində əsas rol oynadığını və dövlətin ciddi nəzarəti altında olduğunu qeyd edib.
Reytinq AİF istiqrazlarının geri alınması zəmanəti ilə dəstəklənir.
Hesabatda deyilir ki, «əhalinin artımı, mənzil fondunun köhnəlməsi şəraitində davam edən urbanizasiya ilə bağlı mənzilə tələbat da artır.
«Fitch Ratings» 2017-ci ildə AİF-in ipoteka portfelinin dövlət büdcəsindən 50 mln vəsait və 200 mln manat həcmində AİF istiqrazlarının buraxılışı sayəsində 30-40% artacağını proqnozlaşdırır. 71D
-
- İqtisadiyyat
- 2 Mart 2017 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz