Fitch Kapital bank və Pasha Bankın reytinqini «B+» səviyyəsində təsdiq edib, proqnoz «sabit»dir

Fitch Ratings Kapital bank və Pasha Bankın xarici valyutada uzunmüddətli emitentin defoltu reytinqini (EDR) «B+» səviyyədə təsdiq edib. Proqnoz “sabit”dir. 

Kapital bank-ın uzunmüddətli və qısamüddətli EDR-i, eləcə də dəstək reytinqi və uzunmüddətli EDR-i dəstək səviyyəsi Azərbaycan hökumətindən dəstək almaq səviyyəsini əks etdirir. Bu zaman Fitch bankın filial şəbəkəsi ilə pensiya paylanmasında rolunu, infrastruktur layihələrində aktiv iştirakını nəzərə alır. Reytinq həmçinin bank və səhmdarlarının hakimiyyətlə qeyri-formal sıx əlaqəsini nəzərə alır. 

Eyni zamanda, Fitch bankın dar müştəri bazası üzündən məhdud dövlət dəstəyi ehtimalını və şəxsi mülkiyyət olmasını, hakimiyyətin ABB-yə («BB»/proqnoz «sabit») zəif dəstək verməsini nəzərə alır.

Kapital bankın davamlılıq reytinqi məhdud kommersiya müştəri bazasını, uzun müddət zəif göstəriciləri olmasını, aktivlərinin zəif keyfiyyətini, kapitalına təzyiqi, əlaqəli tərəflərin mühüm kreditləşmə səviyyəsini hesaba alır. Eyni zamanda, reytinq büdcə transfert ödənişləri ilə bağlı müştəri hesablarının volatilliyinin kompemnsasiyası üçün bankın yüksək likvidliyini, maliyyə bazarlarında ciddi borclarının olmamasını nəzərə alır. Bank fondaşdırmanı, əsasən, müştəri hesabları (2012-cü ilin sonuna görə 42 faiz) və dövlət agentlərindən borclanma (2012-cü ilin sonuna görə 57 faiz) hesabına əldə edir", - məlumatda deyilir. 

Son 4 ildə Kapital bank kredit portfelini 5 dəfə - 345 mln manatdan 1,7 mlrd manata genişləndirib. Bu, əsasən agent kreditləşməsi ilə (2012-ci ilin 9 ayında kredit portfelinin 66%-i) olub. Agent krediti Azərbaycan hökuməti tərəfindən verilir və əsasən dövlət zəmanətli olur. Tikinti sektorunda bağlı tərəflərin kreditləşməsi 2012-ci ilin 9 ayında 17% olub. 

2012-ci ilin sonunda problemli kreditlər (90 gündən çox uzadılan) kommersiya kreditlərinin 22%-i qədər olub. Bu, ölkənin Fitch tərəfindən reytinq verilən digər banklarındakından çoxdur. 

Fitch-ə görə, bank problemli kreditləri ehtiyatlarla tam ödəyə bilər, amma bu halda kapitallaşma tənzimləyici minimum 12%-ə yaxınlaşar, 2013-cü ildə planlaşdırılan 10 mln manat kapital üzvlük haqqı kapitallaşmanı müvəqqəti yaxşılaşdıracaq. Çünki bu vəsaitlər kreditləşmə artımı və əməliyyat ziyanının örtülməsinə gedəcək. 

"Paşa Bank"ın reytinqlərinin təsdiqi sonuncu dəfə - 2012-ci ilin sentyabrında baxıldıqdan bu günədək bankda risklər strukturunun qismən dəyişməsini əks etdirir. Pasha Bank-ıən əsas problemi pərakəndə depozitlərin məhdud bazası, tikinti biznesi ilə bağlı potensial risklər, ciddi siyasi risklərdir. 

Reytinqlər həmçinin Pasha Bank-ın yaxşı maliyyə göstəricilərini nəzərə alır. Onun mühüm kapital ehtiyatı, likvidlik yastığı, məqbul mənfəətliliyi və aktivlərin keyfiyyəti var. Bankın səhmdar strukturu potensial likvidlik dəstəyi planında ona üstünlük verə bilər. Amma belə dəstəyə tam əmin olmaq olmaz, çünki bankın sistem əhəmiyyəti məhduddur. Nəticə olaraq dəstək reytinqi və uzunmüddətli emitentin defoltu reytinqi «5» səviyyəsində dəstəkənib və «dəstək səviyyəsi yoxdur».

Hər iki bank Pasha Holding-in mülkiyyətidir və  onlara Paşayevlər ailəsi nəzarət edir. Azərbaycan hakimiyyəti ilə əlaqələr zəifləsə, bu hər iki bankın kredit qabiliyyəti üçün mənfi hal olacaq. İqtisadiyyat kəskin zəifləsə və ya sabitlik pozulsa, neft ucuzlaşsa, hər iki bank üçün nəticəsi mənfi olacaq. 

Bankın agent funksiyası başqa təşkilata verilsə, Kapitalbankın reytinqləri azaldıla bilər. Kapitalbankın aktivlərinin keyfiyyəti pisləşsə, davamlı əməliyyat itkiləri olsa, bu, kapitallaşmaya təsir edər və davamlılıq reytinqinin azalması ilə nəticələnər. Müsbət reytinq hərəkəti yaxın gələcəkdə gözlənilmir.

Pasha Bank-ın reytinqi kapitallaşma və ya likvidlik pisləşdiyi təqdirdə baş verə bilər. Əgər Pasha Bank bank sistemində əhəmiyyəti artırsa, müştəri bazasını genişləndirsə, Azərbaycan hakimiyyəti açıq şəkildə banklara dəstək verməyə hazır olduğunu bəyan etsə, uzunmüddətli EDR-i, eləcə də dəstək reytinqi artırıla bilər. Amma Fitch hesab edir ki, yaxın vaxtlarda bu gözlənilmir. Müsbət reytinq hərəkəti uzunmüddətli yaxşı göstəricilər və tikinti biznesində şəffaflığın yaxşılaşdırılmasını tələb edir. —15D--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti