Fond bazarı iştirakçıları 2016-cı ilin perspektivlərini müzakirə edib
Dekabrın 17-də Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) üzvləri 2016-cı il üçün planlarını müzakirə etmək üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşüb.
Yanvarın 1-dən QK bazarının peşəkar iştirakçılarına yeni tələblər qüvvəyə minir. Broker şirkətləri investisiya şirkətlərinə çevrilir. Yeni ”oyun” qaydalarına əsasən, investisiya şirkətləri onlara verilən kredit hesabına QK bazarında investorların əməliyyatlarını maliyyələşdirə bilər.
İnvestisiya şirkətlərinin birinin nümayəndəsi Turan-a deyib ki, bu il ən çoxu 4 subyekt investisiya şirkəti lisenziyası ala bilər. QK bazarında cəmi 15-dək şirkətin yoluna davam edəcəyi gözlənilir.
Görüş zamanı 2016-cı ildə QK bazarında investisiya alətlərinin tələb və təklifinin stimullaşdırılması məsələləri də müzakirə edilib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz