Fransızlar bizə şərabçılıq öyrədir
Fransa şərabçıları bu malı dünya bazarına çıxarmaq üçün üzümçülərə öz sirlərini öyrədir.
Göygöl İcra Hakimiyyətində Turan-a bildiriblər Fransanın Şaublun şəhəri ilə dostluq və əməkdaşlıq sazişini icra başçısı Arif Seyidov və şəhər meri Patrik Janru imzalayıb.
Fransanın İon vilayətinin Ali şurasının sədri Anrey Viliye deyib ki, bu əməkdaşlıq böyük prespektivlər vəd edir. “Bizim şəhər üzümçülük və şərabçılıq baxımından tarixi ənənələrə malikdir. Göygöldə də bu sahəyə maraq böyükdür. Ona görə də heç şübhəsiz ki, qarşılıqlı işbirliyi yaradacağıq. Bundan başqa, hər iki şəhərin turizm imkanları da genişdir. Biz bu sahədə də əməkdaşlıq etməyi düşünürük”.
Fransalı qonaqlar Göygölün tarixi keçmişi ilə yaxından tanış olmaq üçün rayona qısa ekskursiya ediblər. Burada onlar qədim alman evlərinə və Lüteran kilsəsinə baxış keçiriblər.
Bu rayonda sənaye üsulu ilə şərab və konyak istehsalı 19-cu əsrdə almanlar tərəfindən həyata keçirilib. Müstəqillik dövründə Göygöl şərab zavodu Vinagro MMC 2007-ci ildə faəliyyətini bərpa edib. Zavodda ildə 6 min butulka konyak və şərab istehsal edən xətt var. Məhsulun bir hissəsi Rusiya, Kanada, İsveç, Çin və Hindistana ixrac edilir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz