Fransızlar zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasına kömək edəcək
Fransanın Audatex şirkətinin proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək.
İcbari Sığorta Bürosunun məlumatına görə, bu şirkət sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biridir.
ISB təmsilçiləri Bakıda Audatex şirkətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı “Audatex”in əməkdaşları şirkətin işinin təşkili və xüsusiyyətləri, təklif etdiyi proqram təminatlarından və məlumat bazasından istifadə üzrə təqdimatlarla çıxış ediblər. “Audatex” şirkətinin Azərbaycanda fəaliyyətə başlaması, təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi, bu işin həyata keçirilməsi müddətləri, şirkətin biznesini təşkil etməsi və aparması, bununla bağlı gözləntilər və ehtimallar ilə əlaqədar fikir mübadiləsi və müzakirələr aparılıb. “Audatex”in Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı şirkət nümayəndələri ilə ilkin razılaşma əldə olunub. --17D—
-
- İqtisadiyyat
- 14 Aprel 2014 13:37
-
- İqtisadiyyat
- 14 Aprel 2014 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz