Ələtdə Bakı beynəlxalq dəniz limanının I mərhələsinin tikintisinin başa çatması 1 iyun üçün planlaşdırılsa da, ilin sonuna təsadüf edəcək.
Təkcə 2013-cü ildə dövlət büdcəsindən layihənin birinci mərhələsinə 109,4 mln manat ayrılıb. Podratçı Avrasiya tikinti korporasiyası “Evraskon”un təmsilçisi Turan-a bildirib ki, 7,5 km uzunluğunda, 7 metr dərinliyində kanal açılıb. Quruda işlər davam edir. İşlərin başa çatması üçün əlavə vəsait lazımdır, - deyə o bildirib.
TRACECA-nın milli koordinatoru Akif Mustafayev Turan-a deyib ki, bu təşkilat ТРАСЕКА-nın keçəcəyi yeni nəqliyyat qovşağının yaradılmasını gözləyir. Gələcəkdə Şimal-Cənub dəhlizi də mümkündür, amma logistika mərkəzi olmadan keçinmək olmaz.
Ən bahalı I mərhələ 540 mln manat qiymətləndirilir. Tikintinin ümumi qiyməti 870 mln manatdır (II mərhələ 150 mln, III - 180 mln manat).
I mərhələ ildə 10 mln ton yük və 40 min konteyner, II mərhələ 17 mln ton yük və 150 min ton konteyner, III mərhələ 25 mln ton yük və 1 mln konteyner üçün hesablanıb. Bütün infrastruktur 400 ha sahədə yerləşir.
. Limanın tikintisinə 2010-cu ilin noyabrında başlanılıb. Layihəni "RoyalHaskoning" (Niderland) şirkəti hazırlayıb.
Bu, Ələtdə beynəlxalq liman tikintisi üzrə ilk cəhd deyil. 3 sentyabr 2007-ci ildə «GS Engineering & Construction» şirkəti (Cənubi Koreya) $396 mln qiymətində layihə təqdim etmişdi.
Layihəyə əsasən, 11,6 mln yük qəbulu üçün hesablanan liman 2011-ci ildə işə düşməli, 2015-ci ildə layihə gücünə çatmalı idi. Azərbaycan hökuməti regionda «ən böyük və gözəl logistika mərkəzi» layihəsini seçdi. --17D—
Rəy yaz