Gələn həftə Xəzər Dəniz Gəmiçiliyi Xorvatiyada daha bir bərə alacaq
Gələn həftə Xəzər Dəniz Gəmiçiliyi “Ulyanin” gəmiqayırma zavodunda (Pula, Xorvatiya) “Balakən” adlı bərəni qəbul edəcək. Bərədə Azərbaycan bayrağı qaldırılacaq və o, Bakıya yola düşəcək, deyə XDG mətbuat katibi Vüqar Sadıqov bildirib.
Xəzər Dəniz Gəmiçiliyi təmsilçisinin sözlərinə görə, sentyabrın 14-də Pula gəmiqayıranları “Bərdə” bərəsini Azərbaycan ticarət dənizçilərinə verib. O, texniki xarakteristikasına görə “Balakən”lə eynidir. Gəmi artıq Xəzərə istiqamət götürüb.
Bərələrin uzunluğu 154,8 m, eni 17,5 m-dir. Dedveyt 5000 tondur. Bərəyə 54 dəmiryol vaqonu yerləşir.
Bir bərənin müqavilə qiyməti 22 mln avrodur. Onlar dövlət büdcəsi hesabına alınıb. Son 4 ildə XDG 4 bərə alıb.
1984-1986-cı illərdə bu zavodda Azərbaycan dənizçiləri üçün 8 gəmi tikilib.
Hazırda XDG flotiliyasında 80-dən çox tanker, quru yük gəmisi və bərə var. Onlar yalnız Xəzər akvatoriyasında TRACECA dəhlizində işləyir. 08D
-
- İqtisadiyyat
- 18 Sentyabr 2012 14:52
-
- Siyasət
- 18 Sentyabr 2012 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz