Gələn il ARDNF-nin xərcləri bu illə müqayisədə 2 mlrd azalacaq
Valyuta vəsaitlərinin yerləşdirilməsi gələn il Neft Fonduna 380 mln manat ($480 mln) gətirəcək.
2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman ARDNF icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib ki, 2014-cü ildə ARDNF-nin gəlirləri 11 mlrd 627 mln manat, xərcləri 11 mlrd 291 mln manat, profisit 336 mln manat olacaq.
Onun sözlərinə görə, indi büdcə profisitlə icra edilib. Səbəb neftin əlverişli qiymətidir. Nəticədə Fondun büdcəsi artacaq, bu isə aktivlərin artmasına təsir edəcək (+$1 mlrd).
1 oktyabr 2013-cü il üçün ARDNF-nin aktivləri $35 mlrd 809,2 mln olub. Fondun gəlirləri 2013-cü ildə 11 mlrd 482 mln 40,4 min manat, xərcləri 13 mlrd 403 mln 99,4 min manat təsdiq edilib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz