Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu Neft Fondundan transfertlər olacaq
2014-cü ildə Azərbaycanın dövlət büdcəsi 18 mlrd 384 mln manat proqnozlaşdırılır. Bunun yarıdan çoxu (50,8% və ya 9 mlrd 337 mln manat) Neft Fondundan transfertlər olacaq.
2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov deyib ki, Vergilər Nazirliyinin xətti ilə mədaxil 7 mlrd 102 mln manat təşkil edəcək. Gömrük Komitəsi büdcəyə 1 mlrd 510 mln manat təmin edəcək.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin bu rəqəmi artırmaq imkanı var.
Gələn il büdcə xərcləri 20 mlrd 63 mln manat proqnozlaşdırılır. Onların strukturunda cari xərclər 10 mlrd 881 mln manat və ya bütün xərclərin 54,2%-i qədər olacaq. Kapital xərcləri 8 mlrd 401 mln manat və ya 41,9%, daxili və xarici borclara xidmət 781 mln manat və ya 3,9% təşkil edəcək.
Nazirin sözlərinə görə, gələn dövlət kapital qoyuluşu 6 mlrd 260 mln manat proqnozlaşdırılır.
Büdcə 1 mlrd 679 mln manat və ya ÜDM-in 2,87%-i qədər kəsirli olacaq. --17D—
-
- İqtisadiyyat
- 5 Noyabr 2013 15:26
-
- İqtisadiyyat
- 5 Noyabr 2013 15:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz