Kommunal xidmət tarifləri artacaq
İlin sonunda kommunal xidmət tariflərinin artacağına şübhə yoxdur.
2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir, amma dəqiq vaxt deməyib və bunun Tarif Şurasının səlahiyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, artım təşəbbüskarları "Azərenerji", "Azərsu" və "Azəriqaz"dır. «Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir", - deyə o bildirib.
Sonuncu dəfə elektrik enerjisi və kommunal xidmət tarifləri 2007-ci ilin dekabrında artırılıb. Eyni zamanda ictimai nəqliyyatda gediş haqıarı 2, metroda gediş haqqı 4 dəfə bahalanıb. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz