Gəncə Avtomobil Zavodu MAZ və KamAZ ilə əməkdaşlığı genişləndirir
Gəncə Avtomobil Zavodu istehsal həcmini artırmaq istəyir. Bu məqsədlə “Minsk Avtomobil Zavodu” ASC ilə memorandum, «KamAZ» QSC ilə lisenziya sazişi imzalayıb.
GəAZ-ın məlumatına görə, MAZ-ın baş direktoru Dmitri Stepanoviç Kateriniç ilə istehsalat, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkələrin bazarlarına çıxışı sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb.
KamAz Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Seygey Koqoqin də Gəncədə olub. O, müəssisədə yük avtomobili yığılması şəraitindən razı qalıb.
2014-cü ildə Azərbaycanda 284 yük avtomobili (+15%), 1265 traktor (+71%) yığılıb.
Azərbaycanda avtomobilqayıranların orta maaşı ayda 291,2 manatdır. Bu, 2014-cü ildə sənayedəki orta əmək haqqından 2,4 dəfə azdır. 08D
-
- Cəmiyyət
- 10 Fevral 2015 14:31
-
- Söz istəyirəm
- 10 Fevral 2015 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz