Gəncə Qənnadı Fabriki profilini dəyişə bilər
Əmlak Məsələləri Dövlət Komitəsi “Gəncə qənnadı” ASC-nin 30,03% səhmlərini investisiya müsabiqəsinə çıxarıb. Gəncə Qənnadı Fabriki 1998-ci ildə özəlləşdirilib 70% səhm sahibləri onun fəaliyyətini bərpa edə bilmir.
Hökumət iddiaçıların qarşısına qoyduğu tələbləri dəyişməyib. Portfeli investora müəssisənin profilini dəyişmək və ya saxlamaq hüququ verilib.
İnvestisiya layihəsindən başqa, iddiaçılar dövlət büdcəsinə 550 000 manat köçürmək barədə təklif verməlidirlər.
Müsabiqəyə çıxarılan səhmlər əvvəllər nominal qiymətin 50%-ə təklif edilib. Bu müsabiqə uğurlu olsa, qalib dövlət büdcəsinə səhmlərin nominalının 31,4%-i ödəyəcək.
Dövlətstatkoma görə, 2012-ci ildə Gəncədə 51,1 ton qənnadı istehsal edilib. Bu, 2011-ci ildəkindən 35% azdır.
İnvestorlara nominal qiyməti 1 mln 587,8 min manat olan 793 926 səhm təklif edilir. Son dəfə bu səhmlər 2012-ci ilin iyununda hərraca çıxarılıb.
“Gəncə Qənnadi” 1973-cü ildə istismara verilib. Orda 85 nəfər çalışır. SC-nin nizamnamə kapitalı 5 288,2 min manatdır.
1 yanvar 2014-cü il üçün öhdəlikləri 513,5 min manatdır. Bunun 139,7 mini maaş borcudur. İl yarımda işçilərə borc 32 min manat artıb. 08D
-
- İqtisadiyyat
- 4 Fevral 2014 15:05
-
- Siyasət
- 4 Fevral 2014 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz