Gilan Holding üç yeni kənd təsərrüfatı şirkəti yaradıb
Ötən həftə “Gilan” şirkətlər qrupu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərəcək üç yeni şirkət yaradıb.
Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatına görə, “Gilan Cotton and Grain”, “Gilan Vineyards” və “Gilan Agricultural İnternational” şirkətləri “Gilan Holding” (Capital Plaza biznes mərkəzi) qrupu yerləşən ünvandadır. Şirkətlərin kapitalı 100 manatdır. İlk iki şirkətə RF vətəndaşı Roman Trofimov rəhbrəlik edir. Buna qədər o, Gilan-ın bir neçə aqrar şirkətinin direktoru təyin edilib.
Qeyd edək ki, “Gilan”ın kənd təsərrüfatı istehsalı, emalı və qablaşdırması sahəsində fəaliyyət göstərən bir çox şirkətləri var. Holdinqin şirkətləri üzümçülük, şərabçılıq, taxılçılıq və unüyütmə, çayçılıq, fındıq yetişdirmə və emalı ilə məşğul olur. Qrupun müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün 3 min ha-dan çox torpaq var.
Holdinqin bir neçə konserv müəssisəsi, tekstil sənayesi şəbəkəsi var. 08B
-
- Siyasət
- 2 Sentyabr 2015 15:52
-
- İqtisadiyyat
- 2 Sentyabr 2015 16:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz