İri şirkətlərdə əmək haqqı problemi
Bir neçə min nəfərin işlədiyi Sumqayıt Texnologiya Parkı (STP) və «EVRASCON Avrasiya Tikinti Korporasiyası» ASC-də əmək haqqı problemi yaşanır. Hər iki şirkətdə əmək haqları aylarla gecikir. Bu barədə yerli KİV məlumat verir.
STP iyun ayının əmək haqlarını verməyə başlayıb. Amma işçilər kütləvi şəkildə işdən çıxarılır. Müəssisədə işdən çıxarılan Nurəddin Səməndərov Turan-a bildirib ki, ondan və energetika şöbəsindəki 24 həmkarından «xahiş ediblər» ki, işdən çıxarlmaq barədə ərizə versinlər. STP-in başqa zavodlarında da ixtisarlar edilir.
EVRASCON-da da əmək haqqı problemi var.
Ələt-Astara avtoyolunun tikintisinə cəlb edilən işçilərə də əmək haqqı verilmir. Turan bununla bağlı SC-nin Müşahidə Şurasına müraciət edib. MŞ üzvü Namiq Kərimli burda baş verənləri şərh edərkən deyib ki, hazırda korporasiyanın yerinə yerirdiyi iş həcmi xeyli azalıb, sifarişçilər isə ödənişləri ləngidir. Buna görə əmək haqqının ödənilməsində gecikmə yaranıb.
Bu ilin əvvəlində EVRASCON ASC-nin 232,7 mln manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib. 08B
-
- İqtisadiyyat
- 2 Sentyabr 2015 16:52
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 17:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz