Gömrük ilk dəfə olaraq proqnozun öhdəsindən gəlməyib (YENİLƏNİB)
2015 Oktyab 19 (Bazar ertəsi) 12:21:05
Azərbaycan gömrüyü gömrük vergisi və rüsumların toplanması üzrə proqnoz göstəricisinin yerinə yetirilməsinin öhdəsindən gəlməyib. Beləliklə, iqtisadi böhran gömrük məntəqələrinin də “qapısını döyüb”.
Statistik məlumatların təhlili göstərir ki, bu, Kəmaləddin Heydərovun 20 il öncə Dövlət Gömrük Komitəsi rəhbərliyinə gəlişindən sonra (sonradan onu Aydın Əliyev əvəz edib) ilk hadisədir.
DGT-nın məlumatına görə, yanvar-fevral aylarında bu qurumun xəttilə 1 mlrd. 124,2 mln. manat köçürülüb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 mln. manat azdır.
Bu ilin sentyabrında gömrükçülər xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən dövlət büdcəsinə 103,7 mln. manat vəsaitin köçürülməsini təmin ediblər. Bu 2014-cü ilin yanvarından gömrük daxilolmaları ilə bağlı ən aşağı göstəricidir (97,3 mln. manat). Bu il 2014-cü ilin sentyabrında gömrükçülər leqal olaraq 133,5 mln. manat toplayıblar.
Bu il gömrük vergisi və rüsum yığımı üzrə plan-proqnoz 1 mlrd. 590 mln. manat təşkil edir. Gömrük 2016-cı il üçün də belə plan alıb. 08D
-
- Siyasət
- 21 Oktyabr 2015 13:03
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz