Gömrük rüblük planı yerinə yetirib
Bu ilin I rübündə Gömrük Komitəsinin xətti ilə 341 mln 945 min manat vergi və rüsum yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 3,5% çoxdur.
DGK-nın məlumatına görə, martda dövlət büdcəsinə 132,4 mln manat köçürülüb. Bu, ötən ilin eyni dövründəkindən 1% azdır. 2014-cü ilin iyulundan ilk dəfə gömrükçülər gömrük rüsumu həcmini 47 mln manata yaxınlaşdırıb. Fevralda bu həcm 15 mln manat olub.
Qeyd edək ki, bu il DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd 590 mln manat təmin etmək proqnozlaşdırılır.
Müstəqil yerli vəbeynəlxalq ekspertlər Azərbaycan gömrüyündə korrupsiya səviyyəsinin yüksək olduğunu bildirir. Sahibkarlar qeyd edir ki, qeyri-formal inhisarçının icazəsi olmadan ölkəyə heçbir mal gətirilə bilməz. Ödənilən vəsaitin bir hissəsi DGK-nın yüksək rütbəli məmurlarına çatır, bir qismi isə qeyri-rəsmi zərf şəklində əlavə maaş kimi aşağılara doğru paylanır. 08B
-
- İqtisadiyyat
- 10 Aprel 2015 14:25
-
- İqtisadiyyat
- 10 Aprel 2015 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz