- İqtisadiyyat
- 10 Aprel 2015, 15:21
- 139
Chartis Azerbaijanın ötən ilki mənfəəti
Faktik olaraq fəaliyyətini dayandırmış «Chartis Azerbaijan» sığorta şirkəti 2014-cü ili 15,6 min manat məbləğində xalis mənfəətlə başa vurub (2013-cü ildə 154,86 min manat ziyan).
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2014-cü ilin yekunları üzrə “Chartis Azerbaijan”ın sığorta haqları 151,835 min manat təşkil edib. Bunun 140,853 min manatı təkrar sığortaya verilib.
Ötən il şirkətin ödənişləri 4,7 min manat təşkil edib.
2014-cü ildə “Chartis Azerbaijan”ın aktivləri 10,8% - 7 mln 718,289 min manatadək, öhdəlikləri 43,7% - 1 mln 218,259 min manatadək azalıb, məcmu kapitalı isə 0,2% - 6 mln 484,457 min manatadək artıb.
Şirkətin banklardakı depozitləri 13,9% artaraq 6 mln 160,818 min manat olub.
«Chartis Azerbaijan» 100% xarici kapitallı (İngiltərə) sığorta şirkətidir. Nizamnamə kapitalı 6 mln 786,5 min manata bərabərdir. --17D—
-
- İqtisadiyyat
- 10 Aprel 2015 14:31
-
- İqtisadiyyat
- 10 Aprel 2015 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz