Gömrük rüsumundan azad edilən malların siyahısına əlavələr
Nazirlər Kabineti rəqəmli qəbuledici qurğuları gömrük rüsumundan azad edib.
Qərar DVB-T və DVB-T2 (Digital Video Broadcasting - Terrestrial) standartına uyğun rəqəmli (HD, 3D və s) televiziya yayımına kömək üçün qəbul edilib. Təşəbbüsçü Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyidir.
Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli qərarı ilə noyabrın 1-dən Abşeron yarımadasında, dekabrın 1-dən başqa regionlarda analoq yayım dayandırılıb.
Rəqəmli standartda TV-yə baxmaq üçün dekoder almaq lazımdır. Hazırda bu qurğular poçt şəbələrində 35 manata satılır. 08D
-
- İqtisadiyyat
- 12 Dekabr 2016 14:07
-
- Cəmiyyət
- 12 Dekabr 2016 14:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz