Gömrükdə insident, NBM-nin işi bir saat dayandırılıb
Yanvarın 8-də səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində "Sınıq Körpü" Nəzarət Buraxılış Məntəqəsində bir qrup sürücü və gömrükçülər arasında insident baş verib.
Rəsmi məlumata əsasən, yeddi avtomobil sürücüsü avtomobillərin yük yerində daşıdıqları 200 kq meyvəyə görə gömrük rüsumu ödəməkdən imtina edib.
Münaqişə qarşıdurmaya keçib. Hadisə yerinə polis dəstələri çağırılıb. Nəticədə NBM-nin işi bir saatlıq dayandırılıb.
Eyni zamanda, sürücülərdən bəziləri gömrükçüləri rüşvət tələb etməkdə ittiham edir və dövlət başçısının hər bir vətəndaşın on min dollar dəyərində məhsulu rüsum ödəmədən sərbəst şəkildə ölkəyə gətirə biləcəyi haqqında sərəncamına istinad edir. -02В-
-
- İqtisadiyyat
- 9 Yanvar 2016 10:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz