Gürcüstan Azərbaycandan qaz idxalını 21% artırıb
2014-cü ilin 5 ayında Gürcüstan Azərbaycandan $133,84 mln məbləğində 685,52 min ton qaz alıb. Bu barədə Gürcüstanın statistika qurumu məlumat verir.
Azərbaycan bu ölkənin qaz ehtiyacının 83,5%-i ödəyir. Hesabata görə, Gürcüstan cəmi $160,28 mln məbləğində qaz idxal edib. Qalan həcm Rusiya və başqa mənbələrdəndir.
İllik hesablamada Gürcüstanın Azərbaycandan qaz idxalı həcmi 20,9% (kəmiyyət ifadəsində 46,76 min ton neft ekvivalenti) artıb.
Ötən ilin eyni dövründə Gürcüstanın Azərbaycandan qaz idxalı 638,76 min ton neft ekvivalenti, $110,71 mln məbləğində olub.
Gürcüstanın Azərbaycandan idxalında qazın xüsusi çəkisi 53,7% olub.
2014-cü ilin 5 ayında Gürcüstanın Azərbaycandan ümumi idxalatı $249,02 mln olub. –0--
-
- Söz istəyirəm
- 4 İyul 2014 18:39
-
- İqtisadiyyat
- 4 İyul 2014 18:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz