Gürcüstanda Monex sisteminə xidmət məntəqələri açılıb
Gürcüstanın “Bank Constanta” bankının “Monex” sisteminə inteqrasiyası başa çatıb.
MuğanBank-ın (sistemin klirinq mərkəzi) məlumatına görə, iyunda “Bank Constanta” ilə “Monex” təcili pul köçürmə sistemi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədə əsasən, əməkdaşlıq üçün texniki məsələlər tam həll olunub. Belə ki, “Monex” təcili pul köçürmə sistemindən istifadə edən müştərilər “Bank Constanta”nın Gürcüstan ərazisində fəaliyyət göstərən 40 filial və şöbələrinə təcili pul göndərə bilərlər. Beləliklə, “Monex”in Gürcüstan ərazisində fəaliyyə ərazisi genişlənib.
"Monex" sistemi "MuğanBank"ın məhsuludur və 2011-ci ildə işə salınıb. Sistemlə pul göndərilməsi və qəbulu 10 dəqiqə çəkir, 0,2-1,5% komissiya göndərəndən tutulur.
Sistem ölkənin 23 bankının 500 filial və şöbəsində xidmət göstərir.—15D--
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:54
-
- Cəmiyyət
- 15 Avqust 2013 16:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz