İyunda MKRX-yə müraciətlər 12,2% azalıb
2013-cü ilin iyununda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 169 120 sorğu olub. Bu, ötən aydakından 12,2% azdır. Müraciətlərin 0,2%-i fiziki şəxslərə aiddir. Onlar ay ərzində 35,1% azalıb.
Mərkəzi Bankın məlumatına görə, 2013-cü ilin 6 ayında MKRX-yə 988 367 min sorğu edilib. 2012-ci ilin yanvar-iyunu ilə müqayisədə bu göstərici 608 min və ya 2,6 dəfə artıb. Həmin dövrdə fiziki şəxslər 2 358 min və ya ümumi göstəricinin 0,2%-i qədər sorğu göndəriblər.
1 iyul 2013-cü il üçün borcalanların sayı 1,741 mln-a çatıb. Bunun 1,717 mln-u fiziki şəxslərdir. Hesabat tarixinə zaminlər 632 min olub. Ümumi kredit məlumatı sayı 5,2 mln-a çatıb. --15B--
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:53
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz