Azərbaycan banklarının yekun mənfəəti 16 dəfə artıb
Yanvar-iyunda Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirləri 960,1 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 203,41 mln manat və ya 26,9% çoxdur. Faiz olmayan gəlirlər 19,5% artaraq 194,71 mln manat təşkil edib.
Bankların xərcləri 128,5 mln manat və ya 21,2% artaraq 734,86 mln manata çatıb. Aktivlər üzrə ehtiyat ayırmalar ötən ilin eyni dövrü ilə müqayisədə 80,21 mln manat və ya 60,76% azalaraq 51,8 mln manat (aktivlər il ərzində 23,6% artıb) olub.
AMB-dən Turan-a verilən məlumata görə, bank gəlirlərinin strukturunda əsas hissə faiz gəlirlərinin – 79,7%, xərclərdə faiz ödəmələrinin (53,1%) payına düşüb.
Bankların vergi ödənilənədək illik mənfəəti 174,1 mln manat olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 9,1 dəfə çoxdur. Bank sisteminin yekun mənfəəti il ərzində 16 dəfə artaraq 162,28 mln manat olub.
2013-cü ilin 6 ayında 40 bank rentabelli işləyib. Onların ümumi xalis mənfəəti 168,03 mln manat olub. 3 ziyanla işləyən bankın itkisi 5,75 mln manat təşkil edib. 2012-ci ilin eyni dövrü ilə müqayisədə mənfəətli bankların sayı 5 vahid artıb. Ziyanla işləyən bankların sayı 6 vahid azalıb, onların ümumi itkisi isə 17,1 dəfə azalıb. --15В--
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:52
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz