"Bank VTB" (Azərbaycan) emissiyanın yarıdan çoxunu yerləşdirib
"Bank VTB" (Azərbaycan) ASC-nin 13,77 mln manatlıq səhmləri bazar ertəsi Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 0,2 manat olan 135 mln adi sənədsiz adlı səhmin emissiyası ötən ay qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər bir əqd çərçivəsində (bir investor) satılıb. Anderrayter "Brokdil-az". MMC-dir.
Bu günə elan edilən emissiyanın 51%-i (13,77 mln manat) yerləşdirilib.
Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır. Bank VTB 2008-ci ildə AF Bankın səhmlərinin 51%-i alıb rebrendinq keçirib. --15D--
-
- Siyasət
- 15 Avqust 2013 15:37
-
- İqtisadiyyat
- 15 Avqust 2013 15:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz