Hələ 4 bankın kapitalı yetərli deyil
Azərbaycanın 43 bankından 4-nün məcmu kapitalı 2012-ci il avqustun yekunu üçün minimal tələb olan 10 mln manatdan az olub.
Mərkəzi Bankın məlumatına görə, hesabat ayında bir bankın məcmu kapitalı 3,5 mln manat, bir bankın kapitalı 3,5-5 mln manat arasında olub. İki bankın kapitalı isə 5-10 mln manat arasındadır. Son iki qrup bankın sektorun kapitallaşmasında ümumi xüsusi çəkisi 0,2% və 0,8%-dir.
Məcmu kapitalı 10 mln manatdan çox olan bankların sayı avqustda dəyişməyib – 39. Ümumi kapitalda onların payı 99% təşkil edib.
2007-ci ilin iyulundan bankların məcmu kapitalına minimal tələb 10 mln manatdır. AMB-nin bu yaxınlarda qəbul etdiyi qərara əsasən, 1 yanvar 2014-cü ildən bu göstərici 50 mln manat olacaq. --15B—
-
- İqtisadiyyat
- 29 Oktyabr 2012 16:22
-
- Cəmiyyət
- 29 Oktyabr 2012 16:52
İqtisadiyyat
-
Azərbaycan Dövlət Statistika Komitəsi bildirib ki, 2024-cü ildə əsas kapitala qoyulan investisiyalar 21 435,1 milyon manata çatıb ki, bu da 2024-ci illə müqayisədə 0,7% azdır. Ümumi göstəricilər bir qədər aşağı səviyyədə olsa da, sektorlararası bölgü neft və qaz sahəsi ilə qeyri-neft sənayesi arasında əhəmiyyətli fərqlilikləri ortaya qoyur.
-
Azərbaycanın sənaye müəssisələri və fərdi sahibkarları 2024-cü ildə sənaye istehsalında ötən illə müqayisədə 1,1%-lik mülayim artım qeyd edərək, istehsalın ümumi dəyərini 64,1 milyard manata çatdırdı. Dövlət Statistika Komitəsi ümumi artımı neft və qaz sektorunun 0,5%-lik genişlənməsinə, qeyri-neft və qaz sənayelərinin isə 7,3%-lik sürətli artımına borcludur.
-
Qlobal dizel yanacaq qiymətləri və emal marjaları, ABŞ-ın Rusiya neft ticarətinə qarşı tətbiq etdiyi ən son sanksiyaların ardından kəskin artıb. Bu addım, təklifin azalacağı gözləntiləri ilə bazarlarda dalğalanmalara səbəb olub, analitiklər və LSEG məlumatları bunu təsdiq edir.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edərək, Cənubi Qafqazın iki qonşu ölkəsi arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə yönəlmiş yüksək səviyyəli danışıqlar aparıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:33
- 462
Rəy yaz