Hellenic Petroleum səhmdarlarinin iclasi DESFA ilə SOCAR arasinda razilaşmani sentyabrin 2-də təsdiqləyəcək
Hellenic Petroleum-un direktorlar şurası avqustun 2-də Yunanıstan qaznəqli sistemi DESFA-nın səhmlərinin 66%-nin Azərbaycanın SOCAR şirkətinə satılmasına dair razılaşmanı bəyənib. Bu barədə Yunanıstan şirkəti məlumat verib.
Hellenic Petroleum-a səhmlərin 35%-i, Yunanıstanın özəlləşdirmə agentliyi HRADF isə 31%-i məxsusdur. Bir gün əvvəl HRADF idarə heyəti Azərbaycan neft şirkətinin «təkmilləşdirilmiş təklifini» bəyənib.
«Hellenic Petroleum-un direktorlar şurası təklif olunan razılaşmanı bəyənib və onun tam təsdiqini səhmdarların 2013-cü ilin sentyabrın 2-ə bu məqsədlə çağırılan növbədən kənar iclasında təsdiq olunmasını tövsiyə edib.
Təklif olunan anlaşma milli və Avropanın tənzimləyici qurumları tərəfindən təsdiqlənməlidir», - deyə şirkətin məlumatında deyilir.
Neft şirkəti həmçinin səhmdarların sentyabrın 2-ə çağırılan növbədən kənar iclasının çağırılması ilə bağlı direktorlar şurasının qərarını da dərc edib.
DESFA-nın satışı ilə bağlı müsabiqə iyunun 10-da, Yunanıstanın DEPA qaz şirkətinin satışına dair müsabiqə ilə eyni vaxtda keçirilib, o almağa əsas iddiaçı Rusiyanın «Qazprom» şirkəti idi. Ancaq o müsabiqənin son mərhələsində öhdəlik təkliflərini irəli sürmədi. --0--
-
- Siyasət
- 5 Avqust 2013 12:47
-
- İqtisadiyyat
- 5 Avqust 2013 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz