Həmişə olduğu kimi profisitlə
Yanvar-mayda Azərbaycanın dövlət büdcəsi 654,5 mln manat və ya ÜDM-in 2,8% profisitlə icra edilib, deyə Dövlətstatkom bildirir.
Büdcənin gəlirlər hissəsi 8 mlrd 23 mln manat (1 iyun 2013-cü illə müqayisədə mənfi 2,7%) olub. Mənfəət vergisi 1 mlrd 111,6 mln manat (- 10,4%), ƏDV 1 mlrd 286,4 mln manat (+23,2%), gəlir vergisi 381,8 mln manat (+17,4%), aksiz vergisi 339 mln manat (+46,8%) olub.
Dövlət büdcəsinin xərclər hissəsi 7 mlrd 368,5 mln manat (- 0,9%) təşkil edib. Sosial müdafiə və sosial təminata 837,3 mln manat (+9,3%), təhsilə 495,4 mln manat (+4,2%), səhiyyəyə 222,2 mln manat (+7,7%) xərclənib. Ümumi dövlət xərcləri 495,1 mln manat (- 23,7%), hüquq mühafizə orqanları və məhkəmə orqanları xərcləri 381,1 mln manat (+9,4%) olub. Ən abstrakt, hər il artan və cəmiyyət üçün qeyri-məhsuldar xərclər – iqtisadiyyatın inkişafı xərcləri 3 mlrd 480 mln manat (+4,3%) təşkil edib.
Ekspertlərə görə, hər il 9 ay dövlət büdcəsinin icrası zamanı glirlər xərclərdən çox olur. Son rübdə nəzarət edilməyən investisiya layihələrinə ayrılan vəsaitlərin mənimsənilməsi yarışı başlayır.
2014-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 mlrd 384 mln, xərcləri 20 mlrd 63 mln manat təsdiq edilib. Büdcə kəsiri 1 mlrd 679 mln manat və ya ÜDM-in 2,87%-i proqnozlaşdırılır. --17D—
-
- Cəmiyyət
- 17 İyul 2014 13:48
-
- İqtisadiyyat
- 17 İyul 2014 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz