Sığorta şirkətlərinin çoxunda tənəzzül var
Bu ilin I yarısında Azərbaycanın sığorta şirkətlərinin ümumi mükafatları 212 mln manat (il ərzində +7,1%) olub. 28 şirkətdən 11-də artım müşahidə edilib.
Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov jurnalistlərə bildirib ki, yanvar-iyunda ödənişlər 65,4 mln manat (+12,6%) təşkil edib. Bu göstərici yerli bazarı dünya ödəniş həddinə (30,9%) 1,6% yaxınlaşdırıb.
Bu ilin I yarısında 7 sığortaçının mükafatı 10 mln manatı keçib, 6 şirkət 5-10 mln manat, 9 şirkət 1-5 mln manat, 6 şirkət 500 min manata qədər sığorta haqqı toplayıb.
Şirkətlər arasında təbəqələşmə güclənib – siyasi hakimiyyətə yaxın 5 şirkət ("Paşa Sığorta", "Atəşgah Həyat", "Paşa Həyat Sığorta", "Azərsığorta" və "AzSigorta") mükafatların 53%-i toplayıb. --17D—
-
- İqtisadiyyat
- 17 İyul 2014 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz