Azərbaycan beynəlxalq maliyyə institutları qarşısında borc öhdəliklərini genişləndirir
Noyabrda Azərbaycan hökuməti BMT Sənayenin İnkişafı Təşkilatı ilə (UNIDO) ənayenin inkişafına dair beynəlxalq konfrans keçirəcək.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün KİV-ə bildirib ki, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, alternativ və bərpa olunan enerji sahələrinin, turizmin və digərlərinin inkişafı ilə bağlı tədbirlər görülür.
Onun sözlərinə görə, hazırda beynəlxalq maliyyə institutlarının kreditləri hesabına $7,2 mlrd qiymətində 14 layihə həyata keçirilir. Yol tikintisi, nəqliyyat, su təchizatı, kanalizasiya, energetika, ASK, ekologiya və başqa sahələrə üstünlük verilir.
Nazir bildirib ki, kreditlərin 35%-i Dünya Bankına, 16%-i Asiya İnkişaf Bankına, 10%-i AYİB-ə, 6% İslam İnkişaf Bankına məxsusdur.
Mustafayev dövlət zəmanəti ilə bundan sonra da xaricdən kreditalınması niyyətindədir. --17D—
-
- İqtisadiyyat
- 17 İyul 2014 13:51
-
- İqtisadiyyat
- 17 İyul 2014 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz