Hər ayın 15-i təqvimdə "Səba" günüdür
"Səba" aprelin 1-də elan yayıb: bugündən sonra hər ayın 15-i “Səba səxavət günü” kimi qeyd ediləcək. İlk "Səba" səxavət günü" aprelin 15-də keçiriləcək. Həmin gün "Səba" məhsulu alana məhsulun eynisi elə yerindəcə pulsuz veriləcək. "Səba"nın “Biri sizlik, biri bizlik!” dediyi məhsulların adı satış nöqtələrində alıcılara əvvəlcədən bildiriləcək.
"Səba" adı altında geniş çeşidli qida məhsulları birləşir. Yüksək keyfiyyətli toyuğu ilə bazarının lideri olan "Səba" qısa bir müddətdə süd məmulatları, xüsusilə yağı ilə də yerli və xarici brendlərin amansız rəqibinə çevrilib.
Pərakəndə satışda toyuq məhsulları 1 kq-ı 3 manatdan ucuz, 1 kq “Səba” yağı 7,5 manatdır.
“Səba” ticari markası eyniadlı şirkətə məxsusdur. Əvvəllər “Dəvəçi broyler” adlanıb. Fabrikdə 10-a qədər şirkət birləşib. Onlar ölkənin quşçuluq məhsullarına tələbatının 20%-i təmin edir. Fabrikin gücü ildə 13 min ton ətdir. Biləsuvar süd zavodu sutkada 100 ton süd qəbul etmək gücünə malikdir. hal-hazırda 50 nəfər daimi işlə təmin edilib. Zavodda süddən 82%-lik kərə yağı alınır, qalan kütlədən isə mükəmməl texnologiya əsasında yağsız və 25% yağlılığı olan quru süd istehsal edilir. Şirkətin 5600 ha əkin sahəsi var.
“Səba” ASC şirkətlər qrupunda 1000-dən çox adam çalışır. 08D
-
- İqtisadiyyat
- 1 Aprel 2014 16:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz