Həyat sığortası üzrə ödənişlər üç dəfə artıb
Yanvar-avqustda sığortaçılar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 22 mln 376,24 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +9,33%) mükafat yığıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, avqustda bu göstərici 1 mln 416,11 min manat təşkil edib. Ödənişlər 1 mln 867,18 min manat (+ 2,6 dəfə), o cümlədən avqustda 129,45 min manat olub.
Azərbaycanda 3 şirkət bu növ üzrə xidmət göstərir –PashaHayatSigorta, AteshgahHayatSigortaи QalaHayatSigorta.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun” 2010-cu ilin iyununda təsdiqlənib. 17 dekabrda Maliyyə Nazirliyi normativ-hüquqi sənədləri təsdiqləyib.
2010-cu ilin noyabrında Nazirlər Kabineti tarifləri təsdiq edib. Burada 14 risk dərəcəsi nəzərdə tutulub. Müəssisələrdə qulluqçu və işçilər üçün sığorta tarifi müəyyən edilib. Müəssisənin risk dərəcəsindən asılı olaraq, 0, 0,2%-2%-dir. Qanuna əsasən, sığorta tarifi müəssisənin əmək haqqı fonduna köçürülür. Sığorta ödənişinin 3 növü var: aylıq, birdəfəlik, əlavə. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz