Heydər Əliyev Beynəlxalq Hava Limanı 2,7 mln sərnişinə xidmət edib
Heydər Əliyev Beynəlxalq Hava Limanı oktyabrda 265 min sərnişinə xidmət edib. Bu, ötən ilin eyni dövründəkindən 19% çoxdur.
2016-cı ilin on ayında Bakı Hava Limanı 2,7 mln sərnişinə xidmət edib. Milli aviadaşıyıcıya 1,7 mln sərnişin üstünlük verib. Azərbaycan Hava Yolları Naxçıvan və Gəncəyə 468 min sərnişin daşıyıb. Bu, ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.
Bu barədə Turan-a Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətində bildiriblər.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.
2016-cı ildə ildə Iraqın Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komaviatrans aviaşirkətləri, həmçinin"Pobeda" loukosteri Bakıya uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 08D
-
- Cəmiyyət
- 3 Noyabr 2016 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz