Hökumət elektron satınalmaların ikinci mərhələsini başlamır
Azərbaycanda dövlət satınalmaları köhnə, kağız formatı ilə həyata keçirilir və elektron satınalmalara nə vaxt keçiləcəyi bəlli deyil. Azərbaycan nadir ölkələrdəndir ki, elektron rejimdə satınalmalara çıxış yoxdur.
Elektron satınalmalara keçid 4 mərhələdə keçirilməlidir. Satınalmalar üzrə Dövlət Agentliyi (SDA)hələlik ilkin mərhələni başa çatdırıb: tender elanları tender.gov.az veb-portalda dərc edilir. 2012-ci ilin fevralında SDA elektron satınalma sisteminin növbəti 2-ci və 3-cü mərhələlərin tətbiqi üçün təqribi xərclər smetası hazırlamaq təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Bu mərhələlərdə şərtlər toplusunun elektron formada rəsmi internet saytından əldə olunması, tender təkliflərinin elektron formada təqdim edilməsi nəzərdə tutulur. Hökumət hələ susur. Dördüncü mərhələ tenderin nəticələrinin elektron qiymətləndirilməsini nəzərdə tutur.
Ermənistan elektron dövlət satınalmalarına keçidi 2012-ci ilin oktyabrında başa çatdırıb.
Azərbaycanda dövlət satınalmalarının həcmi 4 mlrd manatı keçir. 2012-ci ildə 14 mindən çox satınalma proseduru olub. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz