Hökumət əsas kapitala investisiya artımı proqnozlaşdırılır
Gələn il əsas kapitala investisiya 19,8 mlrd manat (bu ildəkinə nisbətən +4,7%) olacaq.
Maliyyə Nazirliyinin büdcə proqnozunda deyilir ki, gələn il qeyri-neft sektoruna 14 mlrd manat, neft sektoruna 5,8 mlrd manat qoyulacaq. Bu il neft sektoruna 5,7 mlrd, qeyri-neft sektoruna 13,1 mlrd manat qoyulub.
2015-ci ildə daxili investisiyalar 72,8%, xarici investisiyalar 27,2% olacaq. Dövlət investisiyaları 11,1 mlrd manat, qeyri-dövlət investisiyaları8,7 mlrd manat təşkil edəcək. --17D—
-
- Siyasət
- 14 Oktyabr 2014 15:01
-
- İqtisadiyyat
- 14 Oktyabr 2014 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz