Hökumət işsizlərin sayının artdığını etiraf edir
Son illər ilk dəfə işsizlərin sayının artdığı etiraf edilir. I rüblə müqayisədə işsizlərin sayı II rübdə 0.5% artıb.
Dövlətstatkoma görə, II rübdə Ümumdünya Əmək Təşkilatının metodologiyası ilə 237,3 min işsiz olub. Bu, I rübdəkindən 1300 nəfər çoxdur.
Rəsmi statistikaya əsasən, ölkədə işsizlik səviyyəsi 5%-dir. Məşğul, yəni gəliri olanların sayı 4 mln 556,5 min nəfərdir. 2010-cu ilin II rübündə işsizlərin sayı 259,3 min nəfər olub və hər ay azalıb.
Hökumət bildirir ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 65,1 min yeni, o cümlədən 52,8 min daimi iş yerləri açılıb. Yeni iş yerlərinin 69,3%-i regionların payına düşür. Maraqlıdır ki, bu bəyanatların fonunda ilin əvvəli ilə müqayisədə ölkə iqtisadiyyatında muzdlu işçilərin sayı 1,2 min nəfər artaraq 1 mln 511,3 min nəfərə çatıb. 08D
-
- İqtisadiyyat
- 13 Sentyabr 2014 14:02
-
- İqtisadiyyat
- 13 Sentyabr 2014 14:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz