Dollarla korporativ qiymətli kağızlar üzrə əməliyyatlar 25 dəfə artıb
Yanvar-avqustda qiymətli kağızlarla əməliyyat həcmi 7 mlrd 454 mln 997,96 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +55%) olub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, 8 ayda korporativ qiymətli kağızlarla əməliyyatlar 3,3 dəfə - 3 mlrd 415 mln 835,85 min manatadək artıb. Səhmlərlə əməliyyat həcmi 1 mlrd 69 mln 447,72 min manat (2,6 dəfə artım), o cümlədən ilkin bazarda 917 mln 766,86 min manat (3,1 dəfə artım), təkrar bazarda 151 mln 680,86 min manat (+ 24%) olub.
Korporativ qiymətli kağızlarla əməliyyatlar 3,7 dəfə - 2 mlrd 346 mln 388,13 min manatadək, o cümlədən ilkin bazarda 117 mln 12,914 min manat (- 28%), təkrar bazarda manatla 518 mln 277,3 min manat (+30%) olub. İlkin bazarda ABŞ dolları ilə əməliyyat həcmi 1 mlrd 706 mln 383,73 min manat (25 dəfə artım) olub.
Dövlət qiymətli kağızları ilə əməliyyatlar 7% artaraq 4 mlrd 39 mln 162,11 min manat təşkil edib. Maliyyə Nazirliyinin istiqrazları ilə əməliyyat həcmi 77 mln 824,08 min manat (+4%), AMB notları ilə 425 mln 895,04 min manat (+61%), repo əməliyyatlarla 3 mlrd 535 mln 442,99 min manat (+3%) olub.
Ötən il qiymətli kağızlarla əməliyyat həcmi 8 mlrd 824 mln 389,43 min manat (il ərzində mənfi 6%) idi. --17D—
-
- İqtisadiyyat
- 13 Sentyabr 2014 14:09
-
- Siyasət
- 13 Sentyabr 2014 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz