Hökumətin 2013-cü ildə neft hasilatı proqnozu ilkin xarakter daşıyır
2013-cü ilin dövlət büdcəsində əksini tapan neft hasilatı proqnozu ilkin xarakter daşıyır. Bunu Turan-a ARDNŞ-dəki mənbə bildirib.
Turan müsahibinin sözlərinə görə, daha dəqiq məlumat “Azəri-Çıraq-Günəşli”
üzrə beynəlxalq konsorsium neft hasilatı planını müəyyən edəndən sonra bilinəcək. Bu isə noyabrın sonundan tez olmayacaq. Məsələ burasındadır ki, rəhbər komitə konsorsiumun 2013-cü il üçün büdcəsini təsdiq etməlidir. Bu büdcə əsasında hasilat həcmini proqnozlaşdırmaq olar.
Noyabrın 15-də parlamentdə 2013-cü ilin dövlət büdcəsinin ilkin müzakirəsi başa çatıb. Dünən MM təkliflərlə birgə layihəni işləmək üçün hökumətə göndərib. Neft-qaz sektoru üzrə deputatların heç bir iradı olmayıb.
* 2013-cü ilin dövlət büdcəsinin layihəsinə əsasən, gələn il 40 mln 850,5 min ton neft və kondensat, 28 mlrd 822,7 mln m3 qaz çıxarmaq planlaşdırılır. Oktyabrda korrektə edilən hökumət proqnozuna əsasən, bu il 42 mln 932 min ton neft və 27 mlrd 120 mln m3 qaz çıxarılmalıdır. --12В—
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 10:55
-
- İqtisadiyyat
- 16 Noyabr 2012 11:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz