Holdinq nizamnamə kapitalına yenidən baxacaq
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AB Standard" QSC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100 manat olan 88 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb. 2008-ci ildə Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən gedəndən sonra bu holdinqdə artım dayanıb.
"AB Standard" QSC-nin ödənilmiş nizamnamə kapitalı 1 yanvar üçün 33 mln 623 min manat olub. 2013-cü ilin əvvəlində bu göstərici 86 mln 274 min manat idi. Vergilər Nazirliyinin məlumat bazasında 2002-ci ildə yaradılan holdinqin kapitalı 22 mln 350 min manat göstərilir. Qrupun şirkətləri 1995-ci ildən fəaliyyət göstərir.
Holdinqə "Bank Standard" QSC, "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, “Standard Lizinq” MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.
Holdinqin hesabatına əsasən, 2013-cü ildə "AB Standard" QSC-nin xalis mənfəəti 2 mln manat olub. Qrupun aktivləri 1,1 mlrd manatdır.
"Bank Standard" QSC-nin hesabatında qeyd edilir ki, “AB Standard”ın səhmlərinin 50%-i Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevaya məxsusdur. Qalan 50% naməlum ailənindir. Əvvəllər mətbuat yazırdı ki, Babayevlərin şirkətlərinin səhmlərinin 50%-i hakim Əliyevlər ailəsinə məxsusdur. 08B
-
- İqtisadiyyat
- 21 Oktyabr 2014 05:26
-
- İqtisadiyyat
- 21 Oktyabr 2014 05:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz