Hotel Pullman Baku aprelin sonunda açılacaq
Hotel Pullman Bakunun rəsmi açılışı ayın sonunda olacaq, deyə Otel Badamdarın satış və marketinq üzrə meneceri Rasim Hacıyev Turan-a bildirib.
Onun sözlərinə görə, ötən ilin oktyabrında “Gilan Holding” və “Accor Hotels” arasında Badamdar otelinin idarə edilməsi haqda müqavilə imzalanandan sonra otelin heyətinə treninq keçirilir və s işlər görülür. Bu işlər 6 ay davam edəcək.
Pullman Hotels & Resorts artıq Hotel Pullman Bakunu (https://goo.gl/Djx88j) bütün dünya üzrə idarə etdiyi otellər siyahısına salıb.
İşlərin müddəti və müqavilənin başqa şərtləri barədə məlumat verilmir.
2011-ci ilin sentyabrından 2016-cı ilin avqustuna kimi otel Kempinski adı ilə fəaliyyət göstərib.
Beş ulduzlu oteldə 283 nömrə, 700 kv m banket zalı, 3,500 kv m-lik SPA zalı, apartamentlər, ofislər, restoranlar, uşaq əyləncə mərkəzi, Akvapark var. 08B
-
- Sual-cavab
- 6 Aprel 2017 12:44
-
- İqtisadiyyat
- 6 Aprel 2017 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz